“Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir” - Prezident

“Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir” - Prezident

Hazırda oxunan: “Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir” - Prezident

7077

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa təbrikində deyib.

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi



“Bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq”, - deyə prezident qeyd edib.

Dövlət başçısı öz təbrikində Azərbaycanınn sahib olduğu gücü və qüdrəti bir daha vurğulamaqla düşmənlərə lazımı mesaj verdi:

''Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi''.

''Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir''.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO