Prezident İlham Əliyev Şuşa şəhərinə gəlib.
Bizim.Media xəbər verir ki, aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
Dövlət başçısı əvvəlcə Şuşa şəhərində tullantıların idarə olunması poliqonunda gedən işlərlə tanış olub.
Bildirildi ki, burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaq. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcək.
Sonra Prezident İlham Əliyev Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.
Məlumat verildi ki, hazırda binada işlər tamamlanmaq üzrədir. Şəhərin arxitekturasına uyğun tikilən binada hər cür şərait yaradılacaq.
*** 14.43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:30 / 21.04.2022
İlham Əliyev Şuşada yeni binaların tikintisi ilə tanış oldu - FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Şuşada yeni binaların tikintisi ilə tanış oldu - FOTO/VİDEO
Hazırda oxunan: İlham Əliyev Şuşada yeni binaların tikintisi ilə tanış oldu - FOTO/VİDEO
70768
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.