Vətən müharibəsində şəhid olan əkiz qardaşların doğum günü qeyd olundu - FOTO

Vətən müharibəsində şəhid olan əkiz qardaşların doğum günü qeyd olundu - FOTO

Hazırda oxunan: Vətən müharibəsində şəhid olan əkiz qardaşların doğum günü qeyd olundu - FOTO

70587

Şəhid əsgər Nazir və Tacir Xasay oğlu Allahverdiyev qardaşlarının anım mərasimi onların doğulduğu Ağdam rayonunun Çullu kəndində qeyd edilib. 

Bizim.Media xəbər verir ki, mərasimdə  hər iki şəhidin silahdaşları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid qardaşların doğmaları onların məzarı üstünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər Nazir və Tacir qardaşlarının döyüş yolundan geniş söhbət açıblar.

Natiqlər, həmçinin Vətən müharibəsində Azərbaycan dövlətinin qazandığı zəfərdə şəhid və qazilərin böyük fədakarlığını diqqətə çatdırıblar. 

Qeyd edək ki, şəhid qardaşlar Allahverdiyev Nazir və Allahverdiyev Tacir Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən - 24 oktyabr 2020-ci ildə Füzuli  rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olublar.
Şəhid qardaşlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda" (ölümündən sonra) və "Xocavəndin azad olunmasına görə" medalları (ölümündən sonra) ilə təltif ediliblər.

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO