“Təbii ki, burada bəzi duyğusal anlar da yaşadıq. Biz bunları unutmuruq, bu barədə dostlarımızla davamlı danışırıq. Bunlardan birincisi noyabrın 10-da saat ikidəki nitqinizdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
Hulusi Akar o nitqin həqiqətən də bir Zəfər nitqi olduğunu bildirib:
“Bunu daim xatırlayırıq. İkinci də 30 il işğala səssiz qalıb, seyr edib, hər şey bitdikdən sonra buraya gəlib Minsk qrupu olduqlarını xatırladanlara bu masada verdiyiniz cavabı da böyük bir zövqlə, böyük bir dərs olaraq Türkiyədə izlədik. Həqiqətən də hər kəs Sizin bu qətiyyətinizdən qürur duydu”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:05 / 31.12.2020
“Hər kəs sizin bu qətiyyətinizdən qürur duydu” – Hulusi Akar
Hazırda oxunan: “Hər kəs sizin bu qətiyyətinizdən qürur duydu” – Hulusi Akar
Hazırda oxunan: “Hər kəs sizin bu qətiyyətinizdən qürur duydu” – Hulusi Akar
7024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.