“Rusiyanın Müdafiə Nazirliyi dünən "Dağlıq Qarabağda ermənilərin bir dəfə atəşkəsi pozması halını" qeydə aldıqlarını bidirib. Bununla bağlı açıqlamada "Rusiya sülhməramlılarının təhlükəsizliyi və mümükün insidentlərin qarşısının alınması üçün Azərbaycan və Ermənistan Silahlı Qüvələrinin Baş Qərargahları ilə davamlı əlaqə" saxlanıldığı da vurğulanır”.
Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Sahib Alıyevə məxsusdur.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağda nə baş verir? Heç nə...” – Sahib Alıyev
Deputat Rusiya MN-in açıqlamasındakı qərəzli məqamları bu cür sadalayıb:
Birincisi, artıq "Dağlıq Qarabağ" anlayışı yoxdur, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsi var.
İkincisi, münaqişə bitdiyindən orada atəşkəsin pozulması halı baş verə bilməz. Hər şey öz adıyla çağrılmalıdır. Deyiməlidir ki, separatçı-terrorçu ünsürlərin növbəti silahlı təxribatı olub.
Üçüncüsü, əgər Rusiyanın hərbi kontingenti üçtərəfli bəyanata uyğun şəkildə davranaraq Qarabağın müvvəqəti kontrollarında olan hissəsində separatçıların qanunsuz silahlı birləşmələrinin ləğvinə çalışsaydı, orada "atəkəsin pozulması" halı da baş verməzdi.
Dördüncüsü, anlamaq olmur ki, Rusiya Müdafiə Nazirliyi Qarabağdakı hərbi kontingentlərinin "təhlükəsizliyinin təmin edilməsi və mümkün insidentlərin qarşısının alınması üçün" niyə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahıyla "davamlı əlaqə" saxalamalı olur. Bu o deməkdir ki, Ermənistan ordusunun tör-töküntüləri hələ də Qarabağda qalmaqdadır”.
Sahib Alıyev rus hərbi kontingentinin Ermənistan ordusunun tör-töküntülərini ərazidən çıxarmaq öhdəliklərini yerinə yetirməməsinə də diqqət çəkib:
“Rusiya hərbi kontingenti müvəqqəti məsuliyyət zonasında separatçı-terorçu ünsürlərin qanunsuz silahlı birşləşmələrinin varlığına göz yumduğu kimi, üzərinə düşən öhdəliyə əməl edərək Ermənistan ordusunun tör-töküntülərini də oradan çıxarmır. Niyə?!
Moskva doğrudan da, regionda düşmənçiliyin əməkdaşlıqla əvəz edilməsini, Azərbaycanla Ermənistan arasında sülh yaranmasını, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanların reinteqrasiyasını istəyirsə, belə davranmamalıdır axı”.
Murad Əhmədov, Bizim.Media