Son günlər bir çox dünya mediasında NATO-nun Ukrayna ərazisinə şəxsi heyət və texnika ilə keçərək Rusiya ilə müharibəyə qoşulacağı barədə xəbərlər yer alır.
Məsələ ilə bağlı Bizim.Media-nın sualını cavablandıran qurumun Media əməliyyat sisteminin rəhbəri İrina Novakova bildirib ki, NATO Ukraynadakı münaqişənin bir hissəsi deyil:
“Biz Ukraynaya özünü müdafiə etmək üçün dəstək veririk. Lakin NATO Ukraynaya qoşun yeritməyəcək.
Alyans bu münaqişənin NATO ilə Rusiya arasında tamhüquqlu müharibəyə çevrilməməsi üçün bütün addımları atır. Mən Baş Katibin keçən həftə NATO Xarici İşlər Nazirlərinin ən son görüşündən sonra dediyi fikirləri sizinlə bölüşmək istəyirəm.
O dedi ki, “NATO-nun əsas məsuliyyəti bütün müttəfiqləri qorumaq və müdafiə etmək və bu münaqişənin qurum ilə Rusiya arasında tam hüquqlu müharibəyə çevrilməsinin qarşısını almaqdır.
Məhz buna görə də biz həm də eskalasiya riskini necə idarə edəcəyimizə diqqət yetirmişik və həmçinin aydın mesaj göndəririk ki, biz bütün müttəfiqlərimizi müdafiə etmək və qorumaq üçün oradayıq, münaqişəyə təhrik etmək üçün deyil. Biz münaqişənin qarşısını almaq niyyətindəyik”.
Tehran, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:00 / 13.04.2022
NATO Rusiya ilə müharibəyə başlayır? – NATO-dan Bizim.Media-nın sorğusuna CAVAB
Hazırda oxunan: NATO Rusiya ilə müharibəyə başlayır? – NATO-dan Bizim.Media-nın sorğusuna CAVAB
Hazırda oxunan: NATO Rusiya ilə müharibəyə başlayır? – NATO-dan Bizim.Media-nın sorğusuna CAVAB
69432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.