Ceyhun Bayramov qırğız həmkarı ilə danışdı – Hansı məsələ MÜZAKİRƏ EDİLDİ?

Ceyhun Bayramov qırğız həmkarı ilə danışdı – Hansı məsələ MÜZAKİRƏ EDİLDİ?

Hazırda oxunan: Ceyhun Bayramov qırğız həmkarı ilə danışdı – Hansı məsələ MÜZAKİRƏ EDİLDİ?

69293

Azərbaycan və Qırğız Respublikası Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Qırğızıstan tərəfindən isə nümayəndə heyətinə nazir müavini Aybek Moldoqaziyev rəhbərlik edib.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran aktual mövzuları, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO