“Müharibə vaxtı qadınlarımızın bir qrupu həbsxanada idi. Amnistiya ilə bağlı sənədlərin hazırlanması uzun çəkir. Aidiyyəti strukturlardan, Ombudsmandan, Bahar Muradovadan xahiş edirəm ki, qələbə münasibətilə həbsxanada olan qadınlar qalmasın”.
Bizim.Media xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov gender bərabərliyindən danışarkən deyib.
Siyavuş Novruzov ölkə başçısının hər zaman bu məsələ ilə bağlı unikal addımlar atdığını xatırladıb:
“Bu günlərdə bir verilişə baxdım. Uşaqlar həbsxanada analarının yanında idi. O uşaqların təqsiri nədir, günah nədir?! Hesab edirəm ki, gələcəkdə parlamentdə geniş amnistiya qəbul etmək lazımdır. Ölkə qalib gəlib. Kim dövlətçilik yolunu tutubsa, dövlətinə, xalqına, Prezidentinə xidmət eləsin”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:41 / 30.12.2020
''Həbsxanalarda qadın qalmasın'' - Deputatdan amnistiya təklifi
Hazırda oxunan: ''Həbsxanalarda qadın qalmasın'' - Deputatdan amnistiya təklifi
Hazırda oxunan: ''Həbsxanalarda qadın qalmasın'' - Deputatdan amnistiya təklifi
6886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.