Mərkəzi Seçki Komissiyasından AÇIQLAMA: “May ayının sonunda...”

Mərkəzi Seçki Komissiyasından AÇIQLAMA: “May ayının sonunda...”

Hazırda oxunan: Mərkəzi Seçki Komissiyasından AÇIQLAMA: “May ayının sonunda...”

68644

“May ayının sonuna qədər 2022-ci ilin seçki siyahıları hazırlanıb, təsdiq ediləcək”.

Bunu Bizim.Media-ya açıqlamasında MSK katibi Mikayıl Rəhimov hazırda qurumun hansı işlərlə məşğul olduğundan danışarkən deyib:

“MSK daimi fəaliyyət göstərən dövlət orqanıdır. Onun fəaliyyəti Seçki Məcəlləsilə tənzimlənir. Qurum da məhz Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyətini qurur.

Bu gün qanunvericiliyin əsas tələbi seçki siyahılarının hazırlanması məsələsidir. Bununla bağlı yanvardan məntəqə seçki kommisiyalarında prosesə başlanılıb. Artıq bu proses yekunlaşıb və sənədləri MSK-ya təqdim etmə ərəfəsidir. Mayın sonuna qədər bu il üçün daimi seçki siyahılarını hazırlayıb təsdiq edəcəyik. İndi bu proseslə məşğuluq. Sonrakı mərhələdə də Seçki Məcəlləsi qarşıya hansı vəzifələri qoyubsa, onları da həll edəcəyik”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO