İlham Əliyevdən israilli nazirə: “Xalqlarımız əsrlər boyu birgə yaşayıblar”

İlham Əliyevdən israilli nazirə: “Xalqlarımız əsrlər boyu birgə yaşayıblar”

Hazırda oxunan: İlham Əliyevdən israilli nazirə: “Xalqlarımız əsrlər boyu birgə yaşayıblar”

68104

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğuladı.
 

MÖVZU İLƏ BAĞLI:

İsrailin turizm naziri: “Ölkəmiz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”


Prezident İlham Əliyev həyata keçirilən qarşılıqlı səfərlərin də əlaqələrimizin inkişafına töhfə verdiyini bildirdi.

İqtisadi sferada əlaqələrə toxunan dövlətimizin başçısı energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdi, Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerjiyə artıq fəal şəkildə sərmayə qoyulduğunu bildirərək, İsrail şirkətlərinin də ölkəmizdə bu sahəyə maraq göstərdiyini qeyd etdi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı İsrail şirkətlərinin yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışdı, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğuladı, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO