\'\'Putin Ərdoğanla 20 dəfə telefonla danışıb\'\' - Lavrov

\'\'Putin Ərdoğanla 20 dəfə telefonla danışıb\'\' - Lavrov

Hazırda oxunan: \'\'Putin Ərdoğanla 20 dəfə telefonla danışıb\'\' - Lavrov

6760

“Bu il pandemiya olmasına baxmayaraq, Rusiya və Türkiyə prezidentləri çox sıx təmasda olublar”.

Bizim.Media-nın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında çıxışında deyib.

Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu il üç dəfə əyani, bir dəfə isə Astana sammiti çərçivəsində videokonfrans formatında görüşüblər:

''20 dəfəyə yaxın isə telefonla danışıblar. Bu statistika tərəfdaşlığımızı tamamlayan ikitərəfli, regional və beynəlxalq gündəmdə duran məsələlər dairəsinin genişliyinə dəlalət edir''.

Lavrov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə danışıqların mövzusuna da toxunub. Bildirib ki, bir sıra beynəlxalq, o cümlədən, Dağlıq Qarabağla bağlı məsələrin müzakirəsi nəzərdə tutulur.

S. Lavrov Rusiya ilə Türkiyə arasında əməkdaşlıq coğrafiyası ilə bağlı fikir mübadiləsini davam etdirmək niyyətində olduqlarını vurğulayıb:

“Əməkdaşlığımızın coğrafiyası Qara dəniz regionu, Mərkəzi Asiya bölgəsidir, hansı ki, biz məhsuldar fikir mübadiləmizi davam etdirmək istəyirik. Aydın və etibarlı dialoqumuzu yüksək qiymətləndiririk”, - deyə Lavrov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO