''Ceyhun Bayramova sərhədlərin delimitasiyası ilə bağlı xəritə verilib'' - Gürcü nazir

''Ceyhun Bayramova sərhədlərin delimitasiyası ilə bağlı xəritə verilib'' - Gürcü nazir

Hazırda oxunan: ''Ceyhun Bayramova sərhədlərin delimitasiyası ilə bağlı xəritə verilib'' - Gürcü nazir

6759

“Pandemiya imkan verən kimi, Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya yenilənmiş tərkibdə öz işinə davam edəcək”.

Bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sentyabrda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Tbilisiyə səfəri zamanı bu istiqamətdə müzakirə aparılıb və ona yeni xəritələr təqdim edilib.

Nazir qeyd edib ki, hər iki tərəf komissiyanın işini davam etdirməsində maraqlıdır:

''Bizim çox səmimi və anlamlı söhbətimiz oldu. Biz yaranmış yeni şərtləri detallı müzakirə etdik və yeni tapılmış xəritələri, həmçinin beynəlxalq ekspertlərin nəticələrini təqdim etdik''.

''Təbii olaraq, biz pandemiya imkan verən kimi, komissiyanın yenilənmiş tərkibdə öz işinə davam etməsinə hazırıq, hər iki tərəf də bunda maraqlıdır. Biz strateji tərəfdaşıq''. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO