Azərbaycan-Çin diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi - FOTO

Azərbaycan-Çin diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi - FOTO

Hazırda oxunan: Azərbaycan-Çin diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi - FOTO

67550

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bizim.Media XİN-ə istinadən xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüləri, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rəhbərliyi və nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Britaniya ilə diplomatik münasibətlərinin 30 illiyi qeyd edildi - FOTO


Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasından etibarən münasibətlərimizin qarşılıqlı hörmətə, etimada, dostluğa əsaslanaraq xalqlarımızın mənafelərinə uyğun şəkildə inkişaf etdiyini bildirib. 

Azərbaycan və Çin arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrinin olduğunu vurğulayan E. Məmmədov, Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya layihələrində iştirakının iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsas meyar olacağını ifadə edib.

Daha sonra çıxış edən Çinin Azərbaycandakı səfiri xanım Qo Min diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq ölkələrimizin hər zaman qarşılıqlı şəkildə bir-birilərini dəstəklədiyini, bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib.

Səfir, Çin və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rabitə, təhsil, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

O, iki ölkənin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.

Qo Min, həmçinin iki ölkənin qlobal COVID-19 pandemiyası dövründə də bir-birilərinə qarşılıqlı yardım və dəstək göstərməsinin ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu bildirib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çin arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO