Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bizim.Media xəbər verir ki, onların görüşünü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev, Şarl Mişel və Paşinyanın üçtərəfli görüşü keçiriləcək
Müzakirələr zamanı onlar liderlərin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycan və Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti və bütün məsələlərin spektrini nəzərdən keçiriblər.
İştirakçılar liderlərin 14 dekabr 2021-ci il tarixli görüşündə qaldırılan məsələlərlə yanaşı, müzakirələri davam etdirmək üçün növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.
Bizim.Media