Mətləb Mütəllimlidən həmkarları haqqında şok açıqlamalar...

Mətləb Mütəllimlidən həmkarları haqqında şok açıqlamalar...

Hazırda oxunan: Mətləb Mütəllimlidən həmkarları haqqında şok açıqlamalar...

66916
 Baş prokurorun keçmiş müavini, keçmiş millət vəkili və Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli Moderator.az-a "mehriban düşmənlər" haqqında bir müəllif yazısı göndərib və onu olduğu kimi oxuculara təqdim etməyimizi istəyib:       


Yad Qardaşlar...                                                  

(Əqidə-bu ağlın vicdanıdır. N.Şamfor, fransız yazıçısı.) 

Cəmiyyətdə müsbət-mənfi imiclə tanınan bəzi siyasi yönlü qardaşlar haqqında çoxdan nəsə yazmağı düşünürdüm. Yenicə həbsdən çıxmış  siyasi məhbus  Qurban Məmmədovla görüşdükdən sonra isə bu  yazını tezləşdirmək qərarına  gəldim. Doğma qardaşı ilə əqidəcə düşmən olan birisi xalqa xeyir verə bilərmi? Görəsən, kim əqidəsini qardaşdan üstün tutur, kim şəxsi mənafeyini?                                            Əlbəttə, burada yazılanlar  mənim  subyektiv fikirlərimdir və heç kəsi aşağılamaq mənasında başa düşülməməli, eləcə də, yersiz isterikaya səbəb olmamalıdır.                                                                       Beləliklə, siyasətçilər, lakin əqidəcə yad qardaşlar:

 Sərdar Cəlaloğlu-Qurban Məmmədov;  Zərdüşt  Əlizadə-Araz Əlizadə; Rüstəmxanlı qardaşları; Qənimət  Zahid- Mirzə Sakit.                                                                                                                         
Elə əlifba sırası ilə başlayaq Qurban Məmmədov-Sərdar Cəlaloğlu  qardaşlarından.             

Qurban Məmmədov                                                                                                            

Q. Məmmədov 3 dəfə, üst-üstə 8 il həbsxana həyatı yaşayıb. Savadlı, yüksək intellektə, natiqlik qabiliyyətinə malik şəxsiyyətdir. Əslinə qalsa, Qurban bəy bir hüquqşunas  kimi 15-ci il Baş prokuror olan Zakir Qaralovdan da, 19 il Vəkillər Kollegiyasının sədri, ölkədə seçkiləri kütləvi saxtalaşdırmaqda peşəkar səviyyəyə qalxmış Mərkəzi Seçki Komissiyassının  fəal  üzvü Azər Tağıyevdən də, 20 ildən artıq daxili işlər naziri olan Ramil Usubovdan da çox millətinə ürəyi yanan, xalqının xoş gələcəyini düşünən insandır. Sadəcə, onun  bir “eyibi”x9d vardır ”“ öz  mənafeyi  naminə  rejimlərə yaltaqlanmağı  şəxsiyyətinə  sığışdırmır, haqqı nahaqqa vermir, ədalətli cəmiyyəti və ədalətli yaşamağı  hər şeydən üstün  tutur. Qurban bəy bizim ölkədə çox az hüquqşunaslardandır ki, Milli Azadlıq Hərəkatında fəal  iştirak etmiş, cəsarətli mövqeyi ilə həmişə başqalarından seçilmiş, dəfələrlə şərlənədək həbs edilsə də  bu günə qədər əqidəsindən dönməmişdir.                                                                                                             
Qurban bəyin son həbsini xatırlayıram. O, həbs ediləndən bir neçə gün sonra biz, bir neçə hüquqşunas,  onun ailəsinə  təsəlli vermək üçün evinə getdik. Bu çox ağır məqamda belə onun həyat yoldaşı əsl inqilabçı xanımı kimi təmkinini pozmadan  qonaqları ehtiramla  qarşıladı, ”x9dBiz buna  öyrəşmişik, artıq bu Qurban bəyin 3-cü həbsidir”x9d dedi  və sonra da “ Valideyinləri əbəs yerə onun adını Qurban qoymayıb ki, onu xalqına qurban veriblər”x9d dedi.                                                                                                                              
Əlbəttə, Allahdan başqa hamının nöqsanı vardır və Qurban bəy də nöqsanlardan xali deyildir. Əks  tərəfdarlarının fikrlərinə görə, Qurban bəyin də siyasi  tərcümeyi  halında müəyyən  səhvlər olmuşdur və buna  bir  misal kimi, 2003-cü il prezident  seçkilərindəki  çıxışları, prezidentliyə namizəd E. Məmmədovun fəaliyyətini həddindən artıq şişirtməsini göstərirlər. O vaxtlar E.Məmmədovun vəkili  Qurban bəy  izdiham qarşısında odlu-alovlu  çıxış edərək namizədi o qədər yağlı təriflərə qərq edirdi ki, sanki xalqın xilaskarı  ancaq və ancaq Etibar bəy ola bilərdi və  guya “İşıqlı gələcək-Etibarla  gələcək.”x9d  Hətta o vaxt  natiqin  tribunada arxada dayanan namizədə xitabən “Cənab prezident, bağışlayın ki,  arxada dayanmısınız, mən  də sizdən qabaqda  durub  çıxış edirəm”x9d deməsi də bizim küyə gedən  insanlar tərəfindən böyük coşqu ilə qarşılandı. O hadisələrin üstündən 11 il keçəndən sonra, indi  əyri yazılan  tarix  bir daha  sübut  etdi ki, Qurban bəy fikirlərində necə də yanılırmış. 25 il bundan öncə  Lefortovo həbsxanasında yatan və az qala  xalqın milli qəhrəmanına çevrilən, 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin  bir  illik hakimiyyət  rəhbərlərinin əllərinin qana batdığını iddia edərək  hər addımda onları istefaya çağıran, gecə-gündüz meydan sulayan  Etibar Məmmədov  indi sanki qeybə çəkilmişdir. Vaxtilə milyonlarla azadlıqsevərin  ümidgahına çevrilmiş  bir  insanın bu gün  millətin başında turp əkən indiki iqtidarın qarşısında  səsi  alınmış, nəyə görəsə, siyasi fəaliyyəti qadağan edilmişdir... 
 
Sərdar Cəlaloğlu                                                                                                               

Bəri başdan deyim ki,  Sərdar bəylə münasibətimizdə heç vaxt problem olmamışdır və çoxları kimi mən də o fikirdəyəm  ki, o, vaxtilə cəmiyyətdə baş verən haqsızlıqlara  qarşı ən fəal  mübarizə  aparan  siyasi  partiya sədrlərindən biri olmuşdur. Onu da deməyi  vacib  bilirəm ki, vaxtı ilə bu  hakimiyyətdən  ən çox zərbə alanlardan biri də  məhz Sərdar bəy özü olmuşdur. O da qardaşı kimi müxtəlif vaxtlarda 3 dəfə  qısamüddətli  həbs olunmuş, 1999-cu ildə hökümət  qüvvələrinin  sifarişi ilə həyatına sui-qəsd edilmiş, nəticədə kəllə-beyin zədəsi almışdır. Bütün bu təhqirlərdən  sonra  onun indi  müxalifət  düşərgəsinin ünvanına  yeri gəldi -gəlmədi ağır ittihamlar yağdırması, bununla da bir növ hakimiyyətin dəyirmanına  su tökməsi, guya özünü konstruktiv müxalifət hesab edərək  “müxalifət yoxdur”x9d deyən hakimiyyətlə dialoqa  can atması, hakimiyyətə qarşı  əvvəlkindən tam əks  mövqe  sərgiləməsi , ”x9dsəni sevəcəyəm, sən sevməsən də”x9d prinsipi ilə iqtidara yaxınlaşmaq cəhdi onu qardaşı Qurban bəydən köklü surətdə fərqləndirir. Prezidentin son əfv  fərmanı  Qurban bəy kimi günahsız həbs edilmiş 2-3  siyasi məhbusun  azad  edilməsi ilə yadda qalsa da, əslində günahsız, azad  fikirlərinə  görə həbsdə yatanların cüzi  hissəsini əhatə etdiyinə görə elə də alqışa layiq deyildir.  Buna baxmayaraq, Sərdar bəy bu yarımçıq  əfv  fərmanını  lazım olduğundan da qat-qat yüksək  qiymətləndirir, növbəti addımın, vəzifənin məhz müxalifətin olduğunu deyir.  Ancaq Sərdar bəy  də yaxşı bilir ki, YAP-ın hakimiyyəti  dövründə bu ölkədə bütün  vəzifələr çoxdan bölüşdürülüb, yəni: iqtidar nümayəndələri ölkəni çapıb talamalı, seçicilərin səsini oğurlayaraq  seçkiləri kütləvi surətdə saxtalaşdırmalı,  işğal olunmuş  torpaqlar  uğrunda yox, sərvət   uğrunda vuruşmalı, müxalifətçilər isə buna  etiraz  səslərini qaldırdıqlarına görə həbsxanalara doldurulmalıdır.                                                                                                                  
Nə isə, başınızı çox ağrıtmayım, bu gün  YAP, onun  idarəçiliyindən olmazın müsibətlər görmüş   Sərdar Cəlaloğlu haqqında indi yazmaq çox cansıxıcı və üzücüdür...                                                                                                                    
Zərdüşt Əlizadə                                                                                                                          

Zərdüşt  bəy  də Milli Azadlıq Hərəkatının fəallarından olmuş, Xalq Cəbhəsinin ilkin fəaliyyətində yaxından iştirak etmiş, onun İdarə Heyətinin üzvü olmuşdur. Sonradan Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu , ilk sədri olmuş və siyasi fəaliyyətlə məşğu olduğu illərdə  obyektiv mövqe nümayiş etdirməyə çalışmışdır. İndiki iqtidar da daxil olmaqla bütün hakimiyyətlərin idarəçilikdə  yol verdikləri səhvləri, nöqsanları   çəkinmədən deməyə çalışmış, çoxlarından fərqli olaraq  şəxsi mənafe  güdməmişdir. Müxtəlif vaxtlarda ona qarşı törədilmiş haqsızlıqlar, fikrimizcə, onda həddindən  artıq mənfi fikirlər, qisasçılıq hissləri yaratmış,  bu səbəbdən də bir sıra hallarda  fəaliyyətində subyektivliyə yol vermişdir. O, fərqli fikirlərinə görə  heç bir hakimiyyət  dönəmində  obyektiv qiymətini almamış, əksər hallarda, iqtidardakı bəzi  təmsilçilər tərəfindən  təqiblərə məduz qalmışdır.  Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti  illərində də  mövqeyinə, müəyyən  fikirlərinə  görə  dəfələrlə ona qarşı təhqiramiz hərəkətlərə yol verilmiş, hətta bir  sıra  hallarda  nazirdən çox reketçilik edən, bununla da Xalq Cəbhəsi hakimiyyəti- nin  nüfuzuna ağır zərbə vuran sabiq daxili işlər naziri  İ.Həmidovun qoçuları tərəfindən alçaldıcı hərəkətlərə məruz qalmışdır.                                                                                                                                                                                                                             
Araz Əlizadə                                                                                                                                 

Sosial Demokrat Partiyasının sədri A.Əlizadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin  deputatı olmuşdur. Qardaşından fərqli olaraq, o,  hay-küylü siyasətçilərdəndir və  şəxsi mənafiyini  güdən, qarşı tərəfi aşağılamaqdan,  hətta tərbiyəsiz ifadələr işlətməkdən belə çəkinməyəndir. Görünür, bu da təsadüfi deyildir ki, 1985-ci ildə A.Əlizadə  Ukraynada yaşadığı dövrdə  xuliqanlıq maddəsi ilə 1 il həbs cəzası almışdır. 2013-cü ildə prezident seçkiləri ərəfəsində,  təbliğat-təşviqat  kampaniyası zamanı da biz onun timsalında etikadan  kənar davranışın  bir daha  şahidi olduq. Bütün seçkiləri  həmişə  saxtalaşdırmaqla  bərabər müxalifətə qarşı tərbiyəsiz  hərəkətləri, ifadələri ilə  seçilən  insanları da efirə buraxmağı özünə  adət etmiş indiki iqtidar bu dəfə də ənənəsinə sadiq  qalmış, A.Əlizadəni efirdən istədiyi  məqsədlər üçün istifadə etmişdir.Bütün çıxışlarını ancaq  bir nəfərin, müxalifətin vahid namizədi C.Həsənlinin üzərində quran prezidentliyə “namizəd”x9d lərdən biri olan A.Əlizadə o vaxt siyasi  tərcümeyi halına  hörmət  gətirməyən misiyanı   yerinə yetirdi,iqtidarın məsləhəti  ilə siyasi rəqibin ünvanına  ən ağır təhqirlərdən belə çəkinmədi.Görünür,  belə xidmətlərin nəticəsidir ki,əksər partiyalar qərərgahsız qaldığı halda onun sədrlik etdiyi Sosial-Demokrat Partiyası  hər  cür şəraitlə təmin edilmiş,YAP-ın himayəsinə sığınmışdır. Gənc  nəslin nüma- yəndələri  ondan da xəbərsizdirlər ki,A.Əlizadə nə qədər odlu alovlu danışsa da, vaxtilə Azərbaycanın müstəqil dövlət olmasının tərəfdarı olmamış,müstəqilliyin əleyhinə səs verən deputatlardan biri  olmuşdur . Bu hadisədən 20 ildən artıq vaxt  keçsə də onun mövqeyi  yenə də dəyişilməz qalmışdır.Belə ki, Azərbaycan torpaq-  larının 20 ildən çox  işğalda qalmasının əsas səbəbkarı və günahkarı Rusiya olduğu halda,  həmişə özündən razı bu siyasətçi  indi də nastalgiya hissləri ilə yaşayır , bütün dünyanın  Ukraynanın torpaqlarını zəbt edən təcavüzkar Rusiyaya -Putinə qarşı olduğu bir vaxtda “Bu böhran Rusiyanı dağıda bilməyəcək”x9ddeyərək  özünə təsəlli verir.                                                                                                                    
Rüstəmxanlı qardaşları                                                                                                          

Onlar cəmiyyətdə müxtəlif  soyadlarla  tanındıqları kimi  ( Sabir Rüstəmxanlı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu ) dəsti xəttləri də müxtəlifdir. Sabir bəy 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının təşkilatçılarından və liderlərindən olmuşdur. 1990-cı ildən indiyə qədər, yəni 24 ildir millət vəkilidir. 1992-ci ildən  Vətəndaş Həmrəyliyi Partiyasının sədri kimi həmrəylik haqqında düşünməyən iqtidarları xalqla həmrəyliyə çağırır, amma, hələ ki, bunun nəticəsi görünmür. Hələ ki, 22 ildə  heç kim, heç vaxt bunun şahidi  olmamışdır ki, VHP  kiminsə tapdalanmış hüquqlarının müdafiəsini üzərinə götürsun və onun  halalca haqqını sonadək  müdafiə etsin. 9 ildir  “Xalq şairi”x9d adını daşıyan S.Rüstəmxanlı  vaxtilə yazdığı bir sıra cəsarətli, zamanla səsləşən şerlərin də müəllifidir. Onun  “Ana dilim”x9d, “Səttar Bəhlulzadə küçəsi”x9d və bir çox başqa şerləri vaxtılə aydın səmada şimşək kimi çaxmış, yaradıcılığı ilə  sovet rejiminə  meydan oxumuş, vətənpərvərlik, cəsarət nümunəsi göstərmişdir. Çox təəssüf  ki, son  illərdə yalanlarla idarə edilən xalqımız Sabir bəydən  haqlı olaraq umduğu əvvəlki cəsarəti görmür, indiki rejimin törətditiyi haqsızlıqlara, özbaşınalıqlara, cinayətlərə qarşı  şairin etiraz səsini eşitmir. S.Rüstəmxanlı 1996-cı ildə “Şöhrət”x9d ordeninə layiq görülsə də, hakimiy- yətin siyasətinə etiraz əlaməti olaraq bu yüksək  ödülü almaqdan imtina etmişdir. O vaxtdan 18 il keçmiş, hakimiyyətin  öz xalqına qarşı münasibəti  daha da pisləşmişdir.Görəsən, indiki hakimiyyət  daha nələr etməlidir ki, xalqın sayılan seçilən ziyalıları, o cümlədən, hüquqları addımbaşı tapdalanan, övladları şərlənərək  zindanlara doldurulan xalqın şairi Sabir Rüstəmxanlının etiraz səsi ucalsın?                                                                        

Əlövsət Əliyev                                                                                                                            

Əlövsət  bəy  uzun  müddət hüquq mühafizə  orqanlarında çalışmış, orada  baş verən ədalətsizliklərlə  barışmayaraq raport yazmış, daxili işlər orqanlarından istefa vermişdir. Müxtəlif  beynəlxalq təşkilatlarda miqrasiya sahəsində işləmiş, 2007-ci ildən müstəqil təşkilat  yaratmaqla miqrantların hüquqlarını müdafiə etməyə başlamışdır. Onun rəhbərlik etdiyi təşkilat təkcə 2010-2013-cü illərdə 750 nəfərdən çox insan alveri qurbanı müəyyən  etmiş, hakimiyyətin bu sahədəki fəaliyyətinin yarıtmaz olduğunu ortaya qoymuşdur. Bərbad  gündə olan məhkəmələrin monitorinqini təşkil etmiş, gənc hüquqşunasların təcrübə toplamasına yardım göstərmiş, ölkə üçün vacib olan bir sıra mühüm hüquqi  layihələr həyata keçirmişdir. Əlövsət  bəy  təkcə QHT rəhbəri olmaqla kifayətlənməmiş, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak etmiş, yeri gəldikcə baş verən qanunsuzlıqlara qarşı etiraz səsini qaldırmışdır. Təbii ki,bu da hamını qorxu altında saxlamağa çalışan indiki hakimiyyəti  qane etməmiş, onu və qardaşı Şahbazı  təqib etməyə başlamışdır. Əlövsət bəyin bəzi vətəndaşlara hüquqi yardımı, eləcə də, prezident seçkiləri ərəfəsində “Mən artıq İlham Əliyevdən yorulmuşam”x9d adlı müsahibəsi, hüquqşünaslarla prezidentliyə namizəd Cəmil Həsənliyə dəstək verməsi haqqında  bəyanatları  hakimiyyətin səbr kasasını daşdırmış  və onun  barəsində hec bir əsaslı sübut olmadan cinayət  işi başlanmışdır. Bundan xəbər tutan Əlövsət  bəy Almaniyaya getmiş,  geri qayıtmamışdır. Hakimiyyətin yuxarı eşalonunda olan bəzi  vəzifəli şəxslər  heç bir məsuliyyət  hiss etmədən indi də bu   fikirdədirlər ki, İlham Əliyevdən yorulmuş  insanlara cəmiyyətdə  yer yoxdur. Əgər bu belədirsə, bu həqiqətən də belədir, ölkə kiminsə  şəxsi qoruğu hesab olunursa, onda millətin ən azı 90 faizi ölkədən çıxarılmalı, ya da,Konstitusiyada dəyişiklik edilib  Azərbaycanda monarxiya  üsul  idarəçiliyi elan edilməlidir .                                                                                                              

Şahbaz Xuduoğlu                                                                                                                     

Şahbaz  gənc  olsa da, “Qanun “ nəşriyat  evini yaratmaqla təqdirəlayiq  bir iş görmüş, insanların hüquqi maariflənməsi  işini qarşısına əsas məqsəd qoymuşdur. Daha sonra bir müddət qəzetcilik fəaliyyəti ilə məşgul olmuş, Ramiz Mediyev tərəfindən məhkəməyə verilməklə həbs edilmiş və müəyyən müddətdən sonra həbsdən azad olunmuşdur. Bununla bərabər, o, ictimai fəaliyyətindən də qalmamış, jurnalistlərin, xüsusən də 2005-ci ildə vəhşicəsinə qətlə yetirilmiş, lakin indiyə qədər qatilləri gizlədilmiş “Monitor”x9djurnalının baş redaktoru mərhum Elmar Hüseynovun  hüquqlarının qorunmasında yaxından iştirak etmiş, E.Hüseynov Fondunun təsisçilərindən biri olmuşdur. Onun da  bu fəaliyyəti,sözsüz ki, hakimiyyəti qane etməmiş, həmişə ehtiyatda saxladıqları qoçularını-vergi əməkdaşlarını onun üzərinə yeritmişlər. Çox keçməmiş, təcrübəli qoçular  işi asanlıqla yuvarlaqlaşdırmış, dövlətə cəmi-cümlətani 150 min manat  borc  “aşkar”x9d etmişlər. Bununla da hələ ki, Şahbaz Xuduoğlunun səsinin batırılmasına  nail olmuşlar.                             

Qənimət Zahid ( Zahidov Qənimət)                                                                                                                            
Qənimət  Zahid  2003-cü ildən indiyə  qədər  Azərbaycanda əsas  müxalif yönlü mətbu orqanı olan "Azadlıq”x9d qəzetinin baş redaktorudur. O, 2007-ci ildə şərlənərək həbs edilmiş, 4 il azadlıqdan məhrum etmə cəzasına məhku edilmişdir.  2 il yarım zindan həyatı yaşadıqdan sonra 2010-cu ildə əfv edilmişdir. Özünün və ailəsinin həyatına təhlükə olduğunu nəzərə alaraq  xaricə üz tutmuş, hal-hazırda Fransada mühacir həyatı yaşayır. 2012-ci ildən Azərbaycanda senzura  tanımayan və efirdə olan “Azərbaycan saatı”x9d  həftəlik televiziya proqramının müəllifi  və yaradıcısıdır.  
Azərbaycanda fəaliyyət göstərən qəzet redaktorları, üzdə olan bir çox  tanınmış jurnalistlər ya cəzaçəkmə yerlərində, ya da  azadlıqda hakimiyyət  tərəfindən sındırılmış, əvvəlki müstəqilliklərini itirmişlər. Bu sındırılmış jurnalistlər, baş redaktorlar müxalif yönlü görünmək  imitasiyası yaratmağa çalışsalar da aldıqları payın  müqabilində hakimiyyətin çızdığı sərhəddən kənara  çıxmağa cürət etmirlər.        
Bu gün ”x9dAzadlıq”x9d qəzeti yeganə orqandır və  baş redaktor da daxil olmaqla onun əməkdaşları  yeganə jurnalistlərdir ki,  ölüm təhlükəsini  göz önünə alaraq millətin sərvətlərini çapıb talayan indiki  rejimlə  qeyri- bərabər döyüşdə  savaşa çıxmışlar.                                                                                                
Bir qayda olaraq, siyasi baxışlarına görə təqib edildiyi üçün xaricə mühacir edənlər  orada gözləmə mövqeyi tutur, ən yaxşı halda sosial şəbəkələrdə indiki rejimin rəhbərlərinin ünvanına ürəklərini boşaltmaqla kifayətlənirlər. Qənimət  bəy bu ənənəni pozmuş və Azərbaycan həqiqətlərini dünya üçün, eləcə də ölkə vətəndaşları  üçün  rejimin  əməllərini ifşa edən  xüsusi televiziya proqramı yaratmaqla  ilkə imza atmışdır.                                                                                                                

Mirzə Sakit( Zahidov Sakit)                                                                                                           

Mirzə Sakit də  haqsızlıqla barışmayan , əqidəsinə, rejimi qamçılayan  kəskin satirik yazılarına görə indiki hakimiyyətin qəzəbinə tuş  gələnlərdəndir. 2006-cı  ildə şərlənərək  narkotik maddə saxlamaqda ittiham edilərək 3 il azadlıqdan məhrum edilmiş, cəza müddətinin bitməsinə cəmi 3 ay qalmış aministiya ilə azad edilmişdir. Mirzə Sakitin şərlənərək həbs edilməsini, güclü qələm sahibi olmasını  qeyd etməklə bərabər vurğulamağı lazım bilirik  ki, onun fəaliyyəti qardaşının fəaliyyətindən köklü surətdə fərqlənir. Daha doğrusu, əgər Qənimət bəy real işlə, indiki rejimi ifşa etməklə məşğuldursa, Mirzə Sakit  satirik yazılar yazmaqla bərabər hakimiyyətdən çox  müxalif  fikirli, demokratik düşüncəli, xaricə qaçmaq əvəzinə həyatını risqə qoyaraq rejimlə  çarpışan insanları, az qala hamını sosial şəbəkələrdə lağa qoymaqla, təhqir etməklə məşğuldur. Başqa sözlə, yetənə yetib yetməyənə bir daş atmaq, sosial şəbəkələrdə az qala hamını təhqir etmək onun həyat normasına,  ziyanlı vərdişinə çevrilmişdir. Hal-hazırda mühacir həyatı yaşayan Mirzə Sakitin  son müsahibəsindən də aydın olur ki, onun ölkəni tərk etməsinin əsas səbəbi hakim rejimdən çox cəmiyyətin ona qarşı laqeyd münasibətidir. Bu fikirlərdə böyük həqiqət vardır və həqiqətən də  xalqın başı nə qədər dərddə olsa da, öz cəsarətli  şairini bütün vasitələrlə  qorumalı, qürbət  ölkələrdə  əzab çəkməsinə yol verməməli idi. Nə yazıqlar ki,bu gün ona  ürəkdən kömək etmək istəyənlərin pulu yoxdur, maddi imkanlı adamlar isə  döş -başları ilə seçilən müğənnilərə, rəqqasələrə milyonlar xərcləməklə məşğuldur...                                                                                                                      
Mirzə Sakitə aid  dediklərimi böyük  türk  şairi Nazim Hikmətə xitabən deyilmiş  bir fikirlə tamamlayıram. Vaxtilə, inqilabçı türk şairi Nazim Hikmət  tez-tez yatırıldığı  zindanlardan qutularaq  keçmiş SSRİ-yə gəlmiş, orada siyasi sığınacaq almışdı. Məhşur bir şəxs isə onun bu hərəkətinə  qiymət verərək demişdir ki, ”x9dNazim Hikməti bir satqın kimi dar ağacından asıb, dahi şair kimi  qarşısında ağlamaq lazımdır.”x9d                                                                                                                        

Satirik şerləri ilə Azərbaycan hakimiyyətini  amansızlıqla qamçılayan, eyni zamanda, sosial şəbəkələrdə böyük-kiçik bilmədən  insanları  təhqir edən  Mirzə Sakitə də belə sonluq arzulayıram...                                                                                                                                
                                                        
06.01 .2015                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              
                                                                

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO