“Azərbaycan Rus İcması müharibədə hansısa dövlətə haqq qazandıra bilməz” – Fazil Mustafa 

“Azərbaycan Rus İcması müharibədə hansısa dövlətə haqq qazandıra bilməz” – Fazil Mustafa 

Hazırda oxunan: “Azərbaycan Rus İcması müharibədə hansısa dövlətə haqq qazandıra bilməz” – Fazil Mustafa 

66893

“Hər hansı bir şəkildə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi məsələlərdə qeydiyyatdan keçmiş qurum olaraq Azərbaycan Rus İcmasının hansısa bir dövlətə haqq qazandırması antikonstitusiondur”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deputat Mizail Zabelinin sədri olduğu Azərbaycan Rus İcmasının Rusiya-Ukrayna məsələsində Moskvanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Ukrayna müharibəsinə görə Azərbaycana pul göndərmək olmur? – Fazil Mustafadan SOS


“Rus İcması fikrimcə bütövlükdə Azərbaycan mövqeyindən çıxış etməli, məsələlərə Azərbaycanın baxış bucağından yanaşmalıdır. Rus İcması indiyə qədərki davranışlarında Azərbayan maraqlarından çıxış edib. Bunu Qarabağ məsələsində də gördük. Qarabağ həqiqətlərinin rus auditoriyasına çatdırılmasında böyük xidmətlər göstərib. Rusiya-Ukrayna məsələsilə bağlı da kimlərsə öz adından fərdi qaydada Rusiya və ya Ukraynadan yana simpatiyasını bildirə bilər. Amma hər hansı bir şəkildə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi məsələdə qeydiyyatdan keçmiş qurum olaraq hansısa bir dövlətə haqq qazandırmaları antikonstitusion ola bilər. Bu hal Azərbaycanın ərazi bütövlüyülə bağlı da müəyyən narahatlıqlar yarada bilər. Ona görə də məsələ aydınlaşdırılmalı, araşdırılmalıdır. İcmanın yaydığı bəyanatın mətninin ekspertizası olmalıdır.  

İstər rus əsilli, istərsə də digər Azərbaycan vətəndaşları olsun, hamı dövlətin mövqeyinə hörmətlə yanaşmalıdır”.
“Bu məsələ hələ dəqiqləşməli, aydınlaşdırılmalıdır”.  

Bunu isə məsələ ilə bağlı hakim YAP-dan olan deputat Elman Nəsirov söyləyib:  “Hələ dəqiqləşdirək görək, Azərbaycan Rus İcması bu məsələ ilə bağlı hansı bəyanatla çıxış edib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO