"Bayraktar"lar Ukraynada niyə Qarabağdakı kimi effektli olmadı? – Hərbi ekspert DETALLARI açıqladı

Hazırda oxunan: "Bayraktar"lar Ukraynada niyə Qarabağdakı kimi effektli olmadı? – Hərbi ekspert DETALLARI açıqladı

66193

Rusiya səfərbərlik edə bilər, amma  bunun üçün gecikib.

Bu sözləri Bizim.Media-ya müsahibədə Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.

- Aqil bəy, sizcə nə üçün Türkiyə PUA-ları Ukrayna müharibəsində Qarabağ müharibəsindəki kimi effekt vermir?

- Bayraktar PUA-sının tətbiqi ilk öncə bəzi texniki vasitələrin düzgün icrasını  və istifadəsini nəzərdə tutur. İkinci bir hal ondan ibarətdir ki, nizamlı ordunun savaşında Bayraktarın uçuşlarının təhlükəsizliyini tətbiq etmək Ukrayna üçün mümkün deyil. Bunun üçün Ukrayna ordusu fərqli savaş yöntəmləri seçərək Bayraktardan az miqdarda istifadəyə qərar verdi. Həm də Ukrayna ərazi və əhali cəhətdən Azərbaycandan böyük ölkədir və öz ordusunu yetərincə Bayraktarlarla təmin edə bilmədi və bu da təbii ki, savaşda özünü biruzə verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Səlcuq Bayraqdar yeni PUA-nı təqdim etdi: “Bayraktar Kızılelma” gəlir... - FOTO


- Savaş uzandıqca daha çox  Rus hərbi texnikaları ortaya  çıxmağa başlayır. Bu baxımdan son model Rus silahları Qərbin Ukraynaya göndərdiyi silahlarla ayaqlaşa bilərmi?

- Bütün savaşlar dünyada qonşu tərəflər üçün dərsdir və nəticədir. Rusiya çox böyük ölkədir və onun xüsusi növ silahları var. Ordusunun müxtəlif savaş istiqamətləri  və üsulları var. Təbii ki, Rusiyanın hərbi göstəriciləri bu gün bir çox dövlətlərin maraq dairəsindədir. Rusiya  silahlarının qərb silahları ilə uzlaşmasına gəlincə, məncə qərb bu məqamda Rusiyanı üstələyir. Heç kimə sirr deyil ki, “Stinger” və “Cavelin” kimi silahlar Rusiya hərbi texnikalarını asanlıqla sıradan çıxarır.

- Savaşın uzanması təbii ki, iqtisadi və hərbi cəhətdən şimal qonşumuzun ziyanınadır. Keçmiş bir hərbiçi kimi sizcə, Rusiya hərbi ehtiyatlarının azaldığını görüb savaşı dayandıracaq, yoxsa sonuncu silahına kimi vuruşacaq?

- Bəli, doğru vurğuladınız. Savaşın hər günü bir tərəfdən də iqtisadi sanksiyalara məruz qalan Rusiya üçün böyük miqdarda ziyandır. Sülh vaxtı ilə müqayisədə Rusiya öz ordusuna  iki-üç dəfə daha çox pul xərcləməyə məcbur olur. Rusiya səfərbərlik edə bilər, amma  bunun üçün gecikib. Düzdür, tam gücü ilə Ukraynanın üzərinə gəlməyə can atsa, nəticə əldə edər, məncə, ən son məqamda bunu edəcək.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO