ABŞ mətbuatı Azərbaycan Prezidentindən yazdı

ABŞ mətbuatı Azərbaycan Prezidentindən yazdı

Hazırda oxunan: ABŞ mətbuatı Azərbaycan Prezidentindən yazdı

6612

ABŞ mətbuatı 59 yaşı tamam olan Azərbaycan Prezidentinin uğurlarından yazdı.

Bizim.Media xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının məşhur "Medium.com” xəbər saytında ”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sülh quruculuğu dövründə Qarabağı bərpa edəcəyinə söz verdi” başlıqlı publisistik məqalə dərc olunub.   

Məqalədə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğalçı Ermənistan tərəfindən şəhərləri, abidələri, məscidləri və infrastrukturu tamamilə dağıdılmış Qarabağ bölgəsini yenidən bərpa edəcəyinə söz verib:

"Azərbaycan 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən müharibənin nəticəsi olaraq 10 noyabr tarixində imzalanan sülh müqaviləsinə əsasən Ermənistanın 30 illik qanunsuz işğalına son qoymuş və öz suverenliyini Erməni işğalından azad edilmiş torpaqlar üzərində bərpa etmişdir.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və müxtəlif regional və beynəlxalq təşkilatların işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çəkilmə çağırışlarına məhəl qoymayan Ermənistan hökumətinin son 30 ildə Dağlıq Qarabağ və işğal edilmiş digər regionlar üzərində qanunsuz hərbi nəzarətini davam etdirməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət heç vaxt Ermənistanın Dağlıq Qarabağa olan iddialarını tanımayıb.

Dekabr ayının 23-də Qubadlı və Zəngilanı ziyarət edən İlham Əliyev "Həyatımın ən gözəl günlərini qeyd edirəm”, - deyə vurğuladı.

Qarabağda yenidənqurma işlərinə toxunan cənab Prezident Qarabağda bütün tarixi abidələri, məscidləri, binaları, şəhər və infrastrukturu yenidən bərpa ediləcəyinə söz verdi.

Qarabağın yenidən qurulması prosesində, tarixi, dini və mədəni abidələrin qorunması və bərpası işində Prezident İlham Əliyevlə yanaşı, onun xanımı, Respublikanın Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da yaxından iştirak edir.

Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu vasitəsi ilə Şuşa şəhərində və Ağdam rayonunda artıq müxtəlif bərpa işlərinə başlanılmışdır.

Rəsmi mənbələrin verdiyi məlumata görə Prezident İlham Əliyevin Qarabağla bağlı planlarındakı növbəti addım "Qarabağda erməni və azərbaycanlı icmalar arasında həmişə mövcud olmuş dinc yanaşı yaşamaq kimi açıq sosial reallığın yenidən bərpası və Ermənistan hökuməti ilə münasibətlərin normallaşdırılmasıdır”, - deyə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO