“ABŞ və Avropa Birliyi Rusiya neftindən imtinanın mümkünlüyünü yenidən müzakirə edir. Ağ Evdən verilən məlumata görə ABŞ Prezidenti bu gün Avropa liderləri ilə bu istiqamətdə müzakirələr aparacaq. Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paket hazırlayır. Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsində gedir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Vüqar Bayramova məxsusdur.
Deputatın sözlərinə görə, Müzakirələr artıq neft bazarına təsir edib. Bu gün Brent markalı neftin 1 bareli 4 faiz bahalaşaraq 112 dollara çatıb.
“OPEK-də Rusiyanın bazardakı azalanan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neftin qiymətinin yenidən yüksəlməsinə səbəb olub”, - deputat qeyd edib.
Vüqar Bayramov 2022-ci ilin dünya iqtisadiyyatı üçün çətin keçəcəyini proqnozlaşdırıb:
“ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməyə çalışmaqla dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olsa da investorlar arasında qeyri-müəyyənlik yüksəlməkdədir. Bu isə ondan xəbər verir ki, 2022-ci il də dünya iqtisadiyyatı üçün asan olmayacaq. Artıq dünya bazarındaki qiymət artımları məhsul qıtlığı ilə da müşaiyət olunur. Görünən odur ki, “bu xəmir hələ çox su aparacaq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:30 / 21.03.2022
Rusiyaya qarşı sanksiyalar dünya iqtisadiyyatında hansı problemləri yaradacaq? – PROQNOZ
Hazırda oxunan: Rusiyaya qarşı sanksiyalar dünya iqtisadiyyatında hansı problemləri yaradacaq? – PROQNOZ
Hazırda oxunan: Rusiyaya qarşı sanksiyalar dünya iqtisadiyyatında hansı problemləri yaradacaq? – PROQNOZ
65912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.