Gürcüstan Baş nazirindən soydaşlarımıza NOVRUZ TƏBRİKİ – “Biz həmişə...” 

Gürcüstan Baş nazirindən soydaşlarımıza NOVRUZ TƏBRİKİ – “Biz həmişə...” 

Hazırda oxunan: Gürcüstan Baş nazirindən soydaşlarımıza NOVRUZ TƏBRİKİ – “Biz həmişə...” 

65885

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuliyə səfər edib. 

Bizim.Media “report”a istinadən xəbər verir ki, o, Marneuli meriyasının Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirə qatılıb. 

Hökumət başçısı soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib. O, etnik azərbaycanlılara və müsəlman həmvətəndaşlara cansağlığı, sülh və tərəqqi arzulayıb. 
İ.Qaribaşvili müsəlman icmasının Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu bildirib:

“Biz həmişə bir yerdə olmuşuq və ölkəmizin ümumi tarixini yaradırıq. Hökumət adından etnik azərbaycanlılara və hər bir müsəlmana dövlət quruculuğuna verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO