“Əsas vəzifəmiz keçmiş məcburi köçkünləri doğma diyara qaytarmaqdır” - PREZİDENT

“Əsas vəzifəmiz keçmiş məcburi köçkünləri doğma diyara qaytarmaqdır” - PREZİDENT

Hazırda oxunan: “Əsas vəzifəmiz keçmiş məcburi köçkünləri doğma diyara qaytarmaqdır” - PREZİDENT

65781

Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı.

Qarabağın gözəl, səfalı yerləri, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi qondarma quruma daxil edilmişdi, Bu, xalqımıza qarşı növbəti ədalətsizlik, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdıqdan sonra Azərbaycan xalqına təbrikində bildirib.

Dövlətimizin başçısı deyib:

"Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi.

Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu".

Azərbaycan Prezidenti vurğulayıb ki, biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq.

"Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır", - deyə Prezident İlham Əliyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO