“Azərbaycan BMT-nin sülhməramlı missiyalarına töhfə verib” - Hikmət Hacıyev 

“Azərbaycan BMT-nin sülhməramlı missiyalarına töhfə verib” - Hikmət Hacıyev 

Hazırda oxunan: “Azərbaycan BMT-nin sülhməramlı missiyalarına töhfə verib” - Hikmət Hacıyev 

65470

Azərbaycan BMT Nizamnaməsinin də əsas götürdüyü beynəlxalq hüququn prinsiplərini dəstəkləyir. Azərbaycan BMT-nin sülhməramlı missiyalarına töhfə verib. 

Bizim.Media xəbər verir ki, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

“Bu gün azərbaycanlı sülhməramlılar Sudan və digər nöqtələrdə öz töhfələrini verir”, - Hikmət Hacıyev bildirib. 
 
O diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin humanitar fəaliyyətinə fəal dəstək verir, bir çox təşəbbüslərlə çıxış edir:

“Azərbaycan və BMT əməkdaşlığının parlaq gələcəyi var. Bəzən BMT tənqid olunur. Amma unutmayaq ki, üzv ölkələr bu təşkilat qarşısında öz öhdəliklərinə əməl etməlidir. Bütün ölkələr BMT Nizamnaməsi ilə bağlı öhdəlikləri yerinə yetirməlidir”. 

Prezidentin köməkçisi Ermənistanın 30 ilə yaxın müddətdə BMT qarşısındakı öhdəliklərinə əməl etmədiyini xatırladıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO