Ceyhun Bayramov Cənubi Koreyalı həmkarına məktub ünvanladı 

Ceyhun Bayramov Cənubi Koreyalı həmkarına məktub ünvanladı 

Hazırda oxunan: Ceyhun Bayramov Cənubi Koreyalı həmkarına məktub ünvanladı 

65452

Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Koreya Respublikasının xarici işlər naziri Chung Eui-yong arasında məktub mübadiləsi baş tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Nazir Ceyhun Bayramov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının müstəqillik illərimizdə uğurla inkişaf edən ikitərəfli münasibətlərin əsasının qoyulmasına şərait yaratdığını bildirib.

Hazırda iki ölkə arasında siyasi, iqtisadi, mədəni, habelə humanitar sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edən nazir, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib.  
Ceyhun Bayramov, bir çox Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən infrastruktur və tikinti layihələrində yer aldıqlarını qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra bir sıra Koreya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuq prosesində iştirak üçün dəvət olunmasının ölkələrimiz arasında qarşılıqlı etimad və anlaşmanın təzahürü olduğunu ifadə edib. 

Nazir Chung Eui-yong, məktubunda son 30 ildə ölkələrimiz arasında qarşılıqlı anlaşma və dərin hörmət prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni sahələr də daxil olmaqla, bütün sahələrdə inkişafının davamlı olduğunu qeyd edib. Nazir, növbəti illərdə də Azərbaycanla çalışaraq iki ölkə arasında tərəfdaşlığı daha da inkişaf etdirərək əlaqələrimizi şaxələndirəcəyimizə ümid etdiyini bildirib. 

Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO