270-dən çox diaspor fəalı təltif olundu

270-dən çox diaspor fəalı təltif olundu

Hazırda oxunan: 270-dən çox diaspor fəalı təltif olundu

6530

Başa vurmaqda olduğumuz 2020-ci ildə işğalçı Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi təxribat və ordumuzun möhtəşəm Zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü olub.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və ölkəmizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan uğurla çıxıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bütün bunları nəzərə alan qurum Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətindəki fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşəkkürnamə ilə təltif edib.

Təltif olunanlar arasında müxtəlif ölkələrdəki diaspor təşkilatlarının təmsilçiləri, diaspor üzvləri, Azərbaycandakı icmaların nümayəndələri və jurnalistlər var. (azvision)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO