Sahibə Qafarova parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərlə görüşdü

Sahibə Qafarova parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərlə görüşdü

Hazırda oxunan: Sahibə Qafarova parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərlə görüşdü

64969

Milli Məclisin sədri Sahibə Qafarova martın 15-də parlamentin iclasından sonra ali qanunvericilik orqanının fəaliyyətini işıqlandıran media nümayəndələri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Sahibə Qafarova jurnalistləri Novruz Bayramı münasibətilə təbrik edərək, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Parlament-media münasibətləri barədə fikirlərini bölüşən Sahibə Qafarova ölkəmizin son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlarından, Vətən müharibəsindəki Zəfərindən, parlamentdə gələcəkdə görüləcək işlərdən, ölkə rəhbərliyi tərəfindən mediaya göstərilən diqqətdən danışıb.

Görüşdə çıxış edən parlamentdə akkreditə olunmuş jurnalistlər Milli Məclisin sədrini Novruz Bayramı münasibətilə təbrik edərək, pandemiya dövründə onların fəaliyyəti üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər.
Jurnalistlər ali qanunvericilik orqanının fəaliyyətini, ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirib, parlamentin işinin işıqlandırılması barədə fikirlərini bölüşüblər. Həmçinin Milli Məclisin sədrinə, deputatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO