Azərbaycanın müdafiə və hərbi qabiliyyətinin gücləndirilməsi istiqamətində ötən il zəruri tədbirlər görülüb.
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.
Baş nazir bildirib ki, bu məqsədlə ötən il yeni silahlar və texnikalar alınıb, ordunun maddi-texniki bazası daha ga gücləndirilib.
"Ordunun peşəkarlığının artırılması istiqamətində mühüm tədbirlər görülüb, bu baxımdan Komando hərbi hissələrinin yaradılmasını xüsusi qeyd etmək lazımdır", - Ə.Əsədov deyib.
Bizim.Media