İlham Əliyev Şarl Mişellə Ermənistan ilə sərhədlərin delimitasiyasını müzakirə etdi

İlham Əliyev Şarl Mişellə Ermənistan ilə sərhədlərin delimitasiyasını müzakirə etdi

Hazırda oxunan: İlham Əliyev Şarl Mişellə Ermənistan ilə sərhədlərin delimitasiyasını müzakirə etdi

64732

Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi səylərinə görə Prezident Şarl Mişelə təşəkkürünü bildirib.

Prezident Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək.

Söhbət zamanı, həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO