Azərbaycanın Ermənistana ünvanladığı 5 ŞƏRT hansılardır? 

Azərbaycanın Ermənistana ünvanladığı 5 ŞƏRT hansılardır? 

Hazırda oxunan: Azərbaycanın Ermənistana ünvanladığı 5 ŞƏRT hansılardır? 

64644

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 12-də Antalya forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən Ermənistanla münasibətləri normallaşdırmaq üçün 5 bənddən ibarət təklifin rəsmi İrəvana təqdim olunduğunu qeyd edib.

Əvvəla Azərbaycanın Ermənistana şərtlər təqdim etməsi barədə onu deyə bilərik ki, bu addımın atılmasının əsas səbəbi Azərbaycan-İran Anlaşma Memorandumunun imzalanması ilə bağlıdır.

Çünki Zəngəzru dəhlizi vaitəsilə kommunikasiyaların açılması prosesini ləngidən və bu məsələdə özünün əsas söz sahibi olduğunu düşünən Ermənistan il yarıma yaxın dövr ərzində müxtəlif bəhanələr irəli sürürdü.

Lakin Azərbaycan İran tərəfi ilə Şərqi Zəngəzuru Naxçıvana birləşdirəcək alternativ marşrutla bağlı razılıq əldə etdikdən sonra Ermənistan özü çıxılmaz vəziyyətə düşdü. Artıq Qərbi Zəngəzurdan keçəcək kommunikasiyalara alternativ gözü ilə baxılmağa başlanılıb. Buna rəğmən Azərbaycan İrəvana son seçim imkanı tanıyaraq öz şərtlərini yenidən Ermənistana təqdim edib.

Şərtlərə gəlincə...

Nazirin açıqlamasında sözügedən şərtlərin nədən ibarət olduğunu açıqlamasa da, mövcud geosiyasi vəziyyət və daha əvvəl imzalanan bəyanatlara istinadla müəyyən təxminlər irəli sürmə mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

XİN Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddiaların DETALLARINI AÇIQLADI 


Belə ki, politoloq Fərhad Məmmədovun fikrincə,beş şərt aşağıdakılardan ibarətdir:

1. Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması;

2. Ölkələrin ərazi bütövlüyünün tanınması və sülh müqaviləsinin imzalanması;

3. Sərhəd boyu delimitasiya prosesinin başlanılması;

4. Ermənistan-Türkiyə normallaşma prosesinin sürətlənməsi;

5. Zəngəzur dəhlizi üzrə kommunikasiyaların blokadadan çıxarılması.

Politoloqun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü bu şərtlər bəyanatın müddəlarından daha ağır olsa da, Ermənistan üçün gələcəkdə ünvanlanacaq seçim şansından daha uyğundur.

Azərbaycanın şərtləri Ermənistan siyasi cameəsində geniş müzakirələrə səbəb olub. Maraqlısı budur ki, Ermənistan mətbuatının şərtlərə bağlı təxminləri də Azərbaycan siyasi şərhçilərinin ehtimalları ilə bənzərlik təşkil edir.

Erməni analitik Andranik Hovhannisyanın proqnozu isə bu yöndədir:

- Azərbaycanın ərazi bütövlüyüynyn Ermənistan tərəfindən tanınması və Qarabağa ərazi iddialarından imtina;

- Ermənistan qoşunlarının anklavlardan çıxarılması (Kərki və Qazaxın 7 kəndi);

- Sərhədlərin delimitasiyasının 1970-ci illin Sovet xəritəsi ilə aparılması;

- Zəngəzur dəhlizinə xüsusi status verilməsi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması;

- Azərbaycanlı qaçqınların Ermənistana qayıtması və onlara dəyən maddi zərərin ödənilməsi imkanlarının müzakirəsi.

Sənədin hansı 5 bənddən ibarət olduğu tam bəlli olmasa da, Azərbaycan tərəfinin Ermənistandan cavab gözlədiyi məlumdur.

Digər məlum olan məqamsa, Ermənistanın bu dəfə şərtlərdən qaçacaq yerinin olmamasıdır. Çünki prosesin növbəti dəfə süni olaraq uzadılması Ermənistanı regional inteqrasiyadan kənarda saxlamaqla ölkənin gələcəyini sual altına qoya bilər.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO