“Seçkilər Paşinyanı xalqın qəzəbindən xilas edəcək” - Politoloq

“Seçkilər Paşinyanı xalqın qəzəbindən xilas edəcək” - Politoloq

Hazırda oxunan: “Seçkilər Paşinyanı xalqın qəzəbindən xilas edəcək” - Politoloq

6454

“Ermənistan Azərbaycanın qələbəsi ilə barışıb, məğlubyyətə görə Paşiniyanı günahkar saymır. Gələn il erkən parlament seçkilərinə getmək ən doğru qərar idi. Onun başqa alternativi yox idi. O, məğlub ölkənin baş nazir kimi vəziyyətdən çıxış yolu tapmalıydı”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, müxalifət nə parlamentdə, nə də küçədə onu istefaya məcbur etdi.

“Bu baxımdan Paşinyan son statusunda ölkə vətəndaşlarının müxalifətin istefası tələbini dəstəkləmədiyini qeyd etməkdə haqlıdır” deyən E. Şahinoğlu  müxalifətin meydanlara 5-6 mindən çox insan toplaya bilmədiyinə diqqət çəkib. “Bəs onda Paşinyan erkən parlament seçkilərinə niyə ehtiyac duydu” sualına, “görünür, Paşinyan müxalifətdən güclü olduğunu bilsə də, güc strukturlarının mümkün itaətsizliyindən və güc yoluyla çevriliş ssenarisindən çəkinir. Ona görə də seçkilərə gedir” cavabını verib. 

Elxan Şahinoğlu qeyd edib ki, 3 ssenari mümkündür:  

“Birinci ssenari odur ki, Paşinyanın partiyası seçki nəticəsinə görə yenə birinci partiya olur və o yenidən baş nazir seçilir. İkincisi ssenari odur ki, onun partiyası üstünlük qazansa da, koalisyon hökumət qurulur və baş nazir bir başqası olur, ancaq Paşinyanın tərəfdarlarının səsi hökumətin qurulması üçün həlledici olur. Üçüncü ssenarisi odur ki, Paşinyanın partiyası az səslə parlamentdə müxalifətə keçir”.

Hər 3 variantın Paşinyan üçün keçərli olduğunu bildirən politoloq, “Paşinyan erkən parlament seçkisinin nəticəsinə görə baş nazir kürsüsünü qorusa, bu baş naziri çarmıxa çəkmək istəyən Ermənistan müxalifətinə dəhşətli zərbə olacaq”, deyib. 

O, əlavə edib ki, Ermənistan vətəndaşları müharibənin ağır nəticəsinə və kapitulyasiya aktına görə Paşinyanı günahkar saymır və Azərbaycanın qələbəsi ilə barışıb. Paşinyan müxalifətdə də özünü diskomfort hiss etməyəcək. Bu gün onu devirmək istəyənlərin cəminin reytinqi Paşinyanın reytinqindən üstün deyil.

Ağanisə Sultan, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO