“Sülhməramlıların müvəqqəti olduğu Azərbaycan ərazisində Ermənistan hərbçiləri tərəfindən törədilən təxribatların əsas səbəbi birmənalı şəkildə üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasıdır.
Çünki 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin orada yerləşdirilməsi ilə paralel olaraq Ermənistan hərbçiləri həmin ərazidən tam çıxarılmalı idi. Biz görürük ki, onlar tam çıxarılmayıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Haber Global”a müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Əlavə olaraq bizim hərbçilərimiz vaxtaşırı erməni hərbçilər tərəfindən bəlli mühəndis istehkam işlərinin aparılmasını müşahidə edirlər. Yəni onlar öz mövqelərini yaxşılaşdırmaq istəyirlər.
Təbii, hər kəs başa düşür ki, Azərbaycan ərazisində bunu etmək qəbuledilməzdir və bu barədə onlara dəfələrlə xəbərdarlıq olunub. Buna cavab olaraq onlar tərəfindən təxribatlar törədilir. Belə olan təqdirdə təbii ki, Azərbaycan Silahlı Qüvvələri buna adekvat cavab verirlər və verəcəklər”, - Ceyhun Bayramov əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:34 / 12.03.2022
Ceyhun Bayramov: “Ordumuz erməni təxribatlarına adekvat cavab verəcək”
Hazırda oxunan: Ceyhun Bayramov: “Ordumuz erməni təxribatlarına adekvat cavab verəcək”
Hazırda oxunan: Ceyhun Bayramov: “Ordumuz erməni təxribatlarına adekvat cavab verəcək”
64482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.