Azərbaycan Ukraynaya 12 milyonluq humanitar yardım etdi

Azərbaycan Ukraynaya 12 milyonluq humanitar yardım etdi

Hazırda oxunan: Azərbaycan Ukraynaya 12 milyonluq humanitar yardım etdi

64442

“Ukraynadakı humanitar böhranı görürük və Azərbaycan tərəfindən humanitar yardımlar davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Cənab Prezidentin tapşırığına əsasən, birinci növbədə 6 milyon avro dəyərində tibbi ləvazimat Ukrayna xalqına çatdırılıb. Bu gün Azərbaycan Ukrayna xalqının ehtiyacları üçün əlavə olaraq 5,5 milyon avro civarında ərzaq məhsulları və tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib. Bundan başqa, “SOCAR Ukrayna” təcili yardım, yanğınsöndürmə avtomobillərini pulsuz benzinlə təmin edir”, - H.Hacıyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO