“Biz də öz tərəfimizdən Ukraynada baş verən hadisələri yaxından izləyirik”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “HaberGlobal”a açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev: "Ordumuz tərəfindən lazımi tədbirlər görülür"
H.Hacıyev qeyd edib ki, bu böhranın qarşısının alınması istiqamətində Türkiyə tərəfindən də ciddi səylər göstərilir:
“Dünən Prezident İlham Əliyev də Türkiyədə səfərdə idi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna mövzusunu müzakirə etdilər. Ölkələrimiz olaraq biz bu böhranın tezliklə başa çatdırılması istiqamətində səylərimizi davam etdiririk. Burada ən önəmli şərtlərdən biri atəşkəsə nail olunmasıdır. Atəşkəsdən sonra digər humanitar işlərin də həll edilməsi istiqamətində səylər göstərilə bilər”.
Bizim.Media