İlham Əliyev iranlı naziri qəbul etdi - FOTO

İlham Əliyev iranlı naziri qəbul etdi - FOTO

Hazırda oxunan: İlham Əliyev iranlı naziri qəbul etdi - FOTO

64215

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, nazir və Dövlət Komissiyasının həmsədri Rüstəm Qasimi İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seyid İbrahim Rəisiyə çatdırmağı xahiş etdi.

Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edildi. Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulandı.

Bu, dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirildi və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olundu. Yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağı qeyd edildi. Vurğulandı ki, bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.

Görüşdə İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə işə başlamalarından məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycan və İran arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın həm ölkələrimiz, həm bölgə üçün, həm də beynəlxalq səviyyədə önəmi bildirildi. Bu baxımdan aviareyslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO