Azərbaycandan “Laçın dəhlizi”ndən keçən erməni separatçıları ilə bağlı beynəlxalq qurumlara MÜRACİƏT

Azərbaycandan “Laçın dəhlizi”ndən keçən erməni separatçıları ilə bağlı beynəlxalq qurumlara MÜRACİƏT

Hazırda oxunan: Azərbaycandan “Laçın dəhlizi”ndən keçən erməni separatçıları ilə bağlı beynəlxalq qurumlara MÜRACİƏT

63837

Ermənistan tərəfindən il ərzində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının əsas elementlərindən birini təşkil etmiş “hərbi əsirlər” mövzusu üzrə irəli sürülən əsassız ittihamların neytrallaşdırılması, məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması diqqət mərkəzində olub.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilib.

Bildirib ki, Ermənistan tərəfinin bu kimi təxribat xarakterli hərəkətləri barədə müvafiq beynəlxalq təşkilatlara məktublar ünvanlanıb: 

“Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO