Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:15 / 09.03.2022
Qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir - Müdafiə Nazirliyi
Hazırda oxunan: Qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir - Müdafiə Nazirliyi
Hazırda oxunan: Qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir - Müdafiə Nazirliyi
63779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.