Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə səfər edəcək.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup qadın administrasiya rəhbəri ilə görüşündə deyib.
Türkiyə prezidentinin sözlərinə görə, sabah martın 9-da İsrail prezidenti İçzak Hersoqun Türkiyəyə səfərindən sonra cümə axşamı, martın 10-u Azərbaycan prezidenti İlham Əliyev Ankaraya gələcək.
Rəcəb Tayyib Ərdoğan görüşdə Ukrayna-Rusiya müharibəsi mövzusuna da toxunaraq, bu məsələni dünyanın 20-dən çox ölkəsinin başçısı ilə müzakirə etdiyini bildirib.
Türkiyə lideri vurğulayıb ki, Ukraynadakı vəziyyət onun təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:51 / 08.03.2022
\"Azərbaycan prezidenti Türkiyəyə səfər edəcək\" – Ərdoğan AÇIQLADI
Hazırda oxunan: \"Azərbaycan prezidenti Türkiyəyə səfər edəcək\" – Ərdoğan AÇIQLADI
Hazırda oxunan: \"Azərbaycan prezidenti Türkiyəyə səfər edəcək\" – Ərdoğan AÇIQLADI
63696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.