Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürüldü

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürüldü

Hazırda oxunan: Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürüldü

63653

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı Azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Bildirilib ki, səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar: +380 73 5050000, +380 99 408 99 43.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO