Azərbaycan və İran əməkdaşlığı genişləndirəcək - TEHRANDA MÜZAKİRƏ

Azərbaycan və İran əməkdaşlığı genişləndirəcək - TEHRANDA MÜZAKİRƏ

Hazırda oxunan: Azərbaycan və İran əməkdaşlığı genişləndirəcək - TEHRANDA MÜZAKİRƏ

63591

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

İrandakı səfirliyimizdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə mədəniyyət və incəsənət sahələrində əlaqələrin davam etdirilməsi və daha da artırılması, beynəlxalq və regional təşkilatlar çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni mübadilə proqramlarının, qastrolların, sərgi, konfrans və digər birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın vaxtıilə işğalda olmuş ərazilərində tarixi və mədəni abidələrinin, məscidlərin dağıdılması və təhqir olunması haqqında məlumat verərək və bu abidələrin bərpası və qorunmasının Azərbaycan üçün prioritet təşkil etdiyini bildirilib. 

Eyni zamanda Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal kampaniyası təşəbbüsü ilə çıxış etdiyini və İranın da nüfüzlü mədəni, ictimai-siyasi xadimlərinin sözügedən təşəbbüs çərçivəsindəki fəaliyyətlərə qoşula biləcəyini bildirib.
Görüşdə qarşılıqlı səfərlərin təşkil olunması və pandemiya şəraitinin yaxşılaşması ilə mədəniyyət günlərinin keçirilməsi ənənəsinin bərpası, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO