XİN-dən Azərbaycana Ukraynadan təxliyə edilənlərin sayı ilə bağlı AÇIQLAMA

XİN-dən Azərbaycana Ukraynadan təxliyə edilənlərin sayı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: XİN-dən Azərbaycana Ukraynadan təxliyə edilənlərin sayı ilə bağlı AÇIQLAMA

63570

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. İndiyədək Azərbaycana 3 138 nəfər təxliyə olunub.

Xarici İşlər nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadan təxliyə olunan daha 220 nəfər Azərbaycana gətirildi - 24-ü körpədir


"Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO