Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan Ombudsmanı Kristina Qriqoryanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfərinə münasibət bildirib.
Bizim.Media-nın məlumatına görə, S.Əliyeva bildirib ki, Ermənistan Ombudsmanının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfəri bir daha Ermənistan rəsmilərinin davamlı olaraq beynəlxalq hüquq normalarına hörmət etmədiklərini, regionda sülhə təhdid olan, yeni münaqişə ocaqları yaradan, milli ədavəti qızışdıran hərəkətlərə yol verdiyini göstərir.
"Bu qanunsuz səfər Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqla yanaşı, qəsdən regionda vəziyyəti gərginləşdirir və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salır.
Ermənistan Ombudsmanına məsləhət görürük ki, regionda sülhə təhdid olan bu kimi qanunsuz hərəkətlərə yol verərək öz mandatına uyğun olmayan siyasi sifarişləri yerinə yetirməkdənsə, Ermənistanda yaşayan insanların kobud şəkildə pozulan hüquqlarının müdafiəsi ilə məşğul olsun", - deyə Ombudsman qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:22 / 05.03.2022
Səbinə Əliyevadan erməni həmkarının qanunsuz səfərinə REAKSİYA
Hazırda oxunan: Səbinə Əliyevadan erməni həmkarının qanunsuz səfərinə REAKSİYA
Hazırda oxunan: Səbinə Əliyevadan erməni həmkarının qanunsuz səfərinə REAKSİYA
63352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.