“Azərbaycan Ukrayna ərazisində baş verənlərdən, xüsusilə mülki şəxslər arasında ciddi itkilərdən dərin təəssüf hissi keçirir. Mülki vətəndaşların həyatı, yaşayış məntəqələri və insan hüquqları hər zaman qorunmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Ukraynadakı səfirliyi öz fəaliyyətini davam etdirir – XİN-dən açıqlama
Nazir bildirib ki, Azərbaycan Ukraynaya humanitar yardım olaraq dərman preparatları və tibbi avadanlıqlar göndərib.
“Bu kritik vaxtda Azərbaycan vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayır”, - deyə C.Bayramov qeyd edib.
Bizim.Media