''BMT Qarabağa missiya göndərəcək'' - Zaxarova

''BMT Qarabağa missiya göndərəcək'' - Zaxarova

Hazırda oxunan: ''BMT Qarabağa missiya göndərəcək'' - Zaxarova

6240

BMT rəhbərliyi kompleks qiymətləndirmə missiyasını Dağlıq Qarabağ münaqişəsi zonasına göndərmək haqqında qərar verib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, missiyanın tərkibində yerlərdə vəziyyətlə tanış olmaq və köməyə ehtiyacı olanların tələbatlarını qiymətləndirmək üçün humanitar agentliklərin nümayəndələri olacaq.

M. Zaxarova regiona UNESCO-nun müstəqil texniki missiyasının göndərilməsinə hazır olduqlarını da vurğulayıb:

''UNESCO-nun tərəfdaş beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət humanitar missiyası kollektiv səylərlə Dağlıq Qarabağ regionunun mədəni obyektlərinin vəziyyətinə obyektiv qiymət verə bilər''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO