Fərhad Məmmədovdan nüvə XƏBƏRDARLIĞI: “Rusiya Ukraynada öz məqsədinə çatmasa...”

Fərhad Məmmədovdan nüvə XƏBƏRDARLIĞI: “Rusiya Ukraynada öz məqsədinə çatmasa...”

Hazırda oxunan: Fərhad Məmmədovdan nüvə XƏBƏRDARLIĞI: “Rusiya Ukraynada öz məqsədinə çatmasa...”

62358

“İndiki halda, yox, amma proseslər Moskva əlehinə daha dərin forma alarsa, prinsip etibarilə Rusiya öz hərbi doktrinasında bu məsələni qeyd edib”.

Bu fikirləri Rusiyanın nüvə silahından istifadə ehtimallarını Bizim.Media üçün dəyərləndirən politoloq Fərhad Məmmədov qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin fevralın 27-də orduya xüsusi hazırlıq əmri verməklə nüvə silahlarını hazır vəziyyətə gətirib. Bundan əlavə, Belarus lideri Aleksandr Lukaşenkonun atom xəbərdarlığı nüvə silahından istifadə riskini daha da artırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan XİN-in ittihamına Fərhad Məmmədovdan CAVAB: “Bu yeni eskalasiyalara səbəb ola bilər”.


“Qərbin sanksiyalarının təsirləri müharibədən daha ağırdır. Sanksiyaların davam etməsi Rusiyanı dolayı yolla 3-cü Dünya Müharibəsinə sürükləyir. Bu da nəticə etibarılə nüvə savaşına çevriləcək”, - deyə Lukaşenko bəyan edib.

Fərhad Məmmədovun sözügedən məsələ ilə bağlı fikirləri isə bəşəriyyətin nüvə savaşı ilə qarşı-qarşıya qalacağı ehtimallarının olduğu yönündədir:

“Nüvə silahından məhdud istifadə Rusiya hərbi doktrinasında yer alıb. Lakin bu hücum silahı kimi yox, hücumların qarşısını almaq məqsədilə istifadə oluna bilər. Hamı dərk edir ki, atom bombasının atıldığı ərazi onilliklər boyu yaşayışa və istifadəyə yararsız vəziyyətə gəlir. Nüvə silahından istifadə hər hansı müharibəni sonlandıracaq hadisə ola bilər. Düşünürəm ki, Kreml Ukraynada öz məqsədlərinə çatmasa və gərginlik Rusiya sərhədlərinə doğru uzansa, yaxud da sülhlə məsələnin həlli mümkün olmasa nüvə silahından məhdud istifadə edə bilər. Bu, Rusiya hərbi doktrinasında öz əksini tapmış müddəadır”.

Politoloq nüvə silahının hədəfinin Ukrayna yaxud NATO ölkələri ola biləcəyi sualına da aydınlıq gətirib:

“Açıq proqnoz vermək çətindir. İndiki halda müharibə Ukrayna ərazisində gedir. NATO bəyan edib ki, müharibəyə qoşulmayacaq. Lakin son gündə 2 xəbər gəldi ki, Moskva NATO-nun müharibədə iştirakına səbəb kimi onları ön plana çıxarsın.

Birincisi Ukraynada xarici legionun formalaşdırılmasıdır. İkincisi isə, Avropanın Ukraynaya hərbi sursat, HHM sistemləri və döyüş təyyarələrini verməsidir. Bu da Moskva tərəfindən NATO-nun münaqişədə iştirakının etirafı kimi qələmə verilə bilər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO