Ərdoğan Azərbaycan Prezidentinə zəng etdi

Ərdoğan Azərbaycan Prezidentinə zəng etdi

Hazırda oxunan: Ərdoğan Azərbaycan Prezidentinə zəng etdi

6209

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev Türkiyə Prezidentinə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan - Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO