Rusiyanın “məğlubedilməz ordu” mifi dağılacaq – Ədalət Verdiyevdən PROQNOZ

Rusiyanın “məğlubedilməz ordu” mifi dağılacaq – Ədalət Verdiyevdən PROQNOZ

Hazırda oxunan: Rusiyanın “məğlubedilməz ordu” mifi dağılacaq – Ədalət Verdiyevdən PROQNOZ

62059

Rusiya-Ukrayna savaşının 3-cü günündə bəlkə də müharibənin taleyini dəyişəcək yeniliklərin baş verdiyini söyləyə biləri. Belə ki, Ukrayna rəsmi mənbələri bir sıra böyük şəhərlərin rus diversantlardan təmizləndiyini elan edib.

Müharibəni və Rusiyanın məqsədlərini siyasi aspektdən təhlil edən politoloqların qənaəti, Moskvanın ən qısa müddətdə Kiyevi ələ keçirərək, Zelenski hakimiyyətini dəyişməyi hədəflədiyi yönündə idi. Bu müddət zərfində isə, Rusiyanın digər istiqamətlər də maksimum irəliləməyə çalışacağı qeyd olunurdu.

Lakin...

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ukrayna ilə Rusiyanın hərbi potensialı arasında kifayət qədər fərq olsa da, Ukrayna Silahlı Qüvvələrinin çox böyük rəşadətlə işğalçılara qarşı mübarizə apardığının şahidi oluruq:

“Müharibənin 2-ci günündən Rusiya tərəfindən bütövlükdə və ya bir qismi işğal olunan şəhərlərdən Kiyev, Xarkov və Xersonun müəyyən əraziləri artıq Ukrayna ordusunun nəzarətinə keçib. Əgər Ukrayna ordusu, Rusiyanı öz ərazilərindən çıxarmağa nail olarsa, bu Rusiyanın “məğlubedilməz ordu” mifinin dağılması kimi dəyərləndiriləcək”.

Ədalət Verdiyev Ukraynaya NATO-dan gələn yardımlardan da bəhs edib:

“Təbii ki, Ukraynaya NATO ölkələrindən yardımlar zamanında gəlsə idi, vəziyyət bu qədər gərginləşməzdi. İstənilən halda Ukrayna ədalətli və haqlı mübarizə aparır və düşünürəm ki, Ukrayna gec ya tez ərazi bütövlüyünü təmin edəcək”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO