Rusiya tezliklə erməniləri cəzalandıracaq? – Ədalət Verdiyevdən PROQNOZ

Rusiya tezliklə erməniləri cəzalandıracaq? – Ədalət Verdiyevdən PROQNOZ

Hazırda oxunan: Rusiya tezliklə erməniləri cəzalandıracaq? – Ədalət Verdiyevdən PROQNOZ

61511

Xəbər verdiyimiz kimi, bu gün Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində yerləşən erməni silahlıları tərəfindən Azərbaycan ordusunun Füzuli rayonu istiqamətindəki mövqeləri atəşə tutulub.

Fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik haqqında müqavilədə tərəflərin separatizm və terrorizmə qarşı birgə mübarizəsi və 10 noyabr bəyanatının şərtlərinə sadiqlik müddəlarının öz əksini tapması sülhməramlılar tərəfindən qəti tədbirlərin görülməsi ehtimalını artırıb.

Həmin ehtimalları Bizim.Media üçün dəyərləndirən hərbi ekspert Ədalət Verdiyevin qənaətinə görə, ermənilərin daha sərt şəkildə cəzalandırılması vacibdir:

“İstənilən halda Azərbaycan vətəndaşlarının, o cümlədən hərbçilərinin təhlükəsizliyini təmin etmək Müdafiə Nazirliyinin üzərinə düşür. Hesab edirəm ki, Azərbaycan tərəfinin erməniləri daha sərt cəzalandırılması üçün ötən ilin noyabrın 16-da baş verən hadisələrə uyğun məhdud miqyaslı hərbi əməliyyatlar keçirməsinə artıq zərurət yaranıb. Çünki atəşkəsin pozulması artıq ənənəvi hal alıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Füzuli istiqamətində mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyi


Adekvat addım atılmadıqca...

“Erməni tərəfi də daha da cəsarətlənir və özünü bu ərazilərdə 44 günlük müharibənin nəticələrinə uyğun olmayan şəkildə aparır. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Odur ki, mütləq daha təsirli və effektiv tədbirlər görülməlidir”, - deyə ekspert bildirib.

Ədalət Verdiyev “Moskva Bəyannaməsi”nin effektivliyinə inamını da ifadə edib:

“Ümid edək ki, Rusiya ilə Azərbaycan arasında dünən imzalanan müttəfiqlik haqqında bəyannamə erməni separatçılarının cilovlanması üçün müsbət bir platforma olacaq”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO