Milli Məclisin deputatları İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsində - FOTO 

Milli Məclisin deputatları İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsində - FOTO 

Hazırda oxunan: Milli Məclisin deputatları İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsində - FOTO 

61486

“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir”.

Bizim.Media xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Milli Məclisin deputatı Tahir Mirkişili paylaşım edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı deputatlar İrəvana gəldilər


“Divarlarında başqa dövlətə aid yazılar olsa da, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.

İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”, - deyə deputat yazıb. 

Qeyd edək ki, azərbaycanlı millət vəkilləri Soltan Məmmədov və Tahir Mirkişili Ermənistanın paytaxtı İrəvanda keçirilən AVRONEST Parlament Assambleyasının iclasında iştirak edirlər. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO