İlham Əliyev TASS-da Azərbaycan-Rusiya əməkdaşlığına həsr olunmuş sərgidə iştirak etdi - VİDEO

İlham Əliyev TASS-da Azərbaycan-Rusiya əməkdaşlığına həsr olunmuş sərgidə iştirak etdi - VİDEO

Hazırda oxunan: İlham Əliyev TASS-da Azərbaycan-Rusiya əməkdaşlığına həsr olunmuş sərgidə iştirak etdi - VİDEO

0:00
0:00
61483

Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, TASS-ın baş direktoru Sergey Mixaylov və digər rəsmi şəxslər agentliyin Moskvadakı mənzil-qərargahında yerləşən “TASS və AZƏRTAC çərçivəsində Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi” ekspozisiyasına baxıblar. Bu, TASS-ın Azərbaycanın milli informasiya agentliyi - AZƏRTAC ilə birgə layihəsidir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

20 fotoşəkildən ibarət sərgi rus və Azərbaycan xalqları arasında siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluq və əməkdaşlıq tarixinin ən son dövründən bəhs edir.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman qonaqlara ekspozisiyada təqdim olunan fotoşəkillər barədə məlumat verib. TASS 1997-ci ildə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Boris Yeltsinin dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas müqaviləni, Heydər Əliyev və Vladimir Putinin Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında birgə bəyanat imzalamasını, 2001-ci ildə "Qafqazda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı" prinsipləri haqqında Bakı Bəyannaməsini lentə alıb.

Ekspozisiyada Rusiya prezidenti Vladimir Putin, Rusiya xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfərlərinin şəkilləri təqdim olunub.

Həmçinin, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) Azərbaycan pavilyonunun açılışında Vladimir Putinin Rusiya-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etməsi ilə bağlı kadrlar da yer alıb.

İqtisadiyyat sahəsində əməkdaşlığa misal olaraq AZƏRTAC agentliyinin 2021-ci ildə Cəbrayılda “Kamaz” ASC-nin xidmət mərkəzinin və “Gəncə Avtomobil Mərkəzi” İstehsalat Birliyinin təməlinin qoyulmasından bəhs edən fotosunu göstərmək olar. TASS Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikilmiş “Krasnoye Sormovo” zavodundan Prezident Heydər Əliyev adına neft tankerinin suya buraxılması mərasimindən foto təqdim edib.

AZƏRTAC-ın kadrları Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Heydər Əliyevlə Rusiyanın və Azərbaycanın xalq artisti Lyudmila Zıkina ilə konsertdən sonrakı ünsiyyətindən bəhs edir.
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşləri təkcə rəsmi fotoşəkillərlə deyil, həm də də kadrlarla (Bakı sakinləri ilə qeyri-rəsmi ünsiyyətləri) təqdim olunub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO