Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı - 11 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı - 11 məsələ müzakirə olunacaq

Hazırda oxunan: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı - 11 məsələ müzakirə olunacaq

61335

Milli Məclisin 2022-ci il fevralın 25-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

Bizim.Media xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər daxildir:

1. Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin üzvünün seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş).

8. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO