Anar Həsənov

Anar Həsənov "Moskvadan baxış"la yenidən efirə qayıtdı - VİDEO

Hazırda oxunan: Anar Həsənov "Moskvadan baxış"la yenidən efirə qayıtdı - VİDEO

61318

Rusiyada yaşayan azərbaycanlı jurnalist, politoloq Anar Həsənovun aparıcılığı ilə “Nə baş verir?” layihəsinin ilk bölümü yayımlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə ARB televiziyası vasitəsilə gerçəkləşdirilən layihədə Anar Həsənovun ilk qonağı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, “Mejdunarodnaya Analitika” jurnalının baş redaktoru Sergey Markedonov olub.
 

MÖVZU İLƏ BAĞLI:

Jurnalistdən SƏRT SÖZLƏR: “Rusiyadakı diasporumuz “Tərəqqi” medalı uğrunda yarışır” - VİDEO


Belə ki, müzakirə mövzusu kimi “Azərbaycan-Ermənistan münasibətləri”nin seçildiyi buraxılışda Sergey Markedonovun “Qarabağın statusu” məsələsi ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkib:

“2020-ci il müharibəsi 26 il ərzində mövcud olan status-kvonun dəyişməsi ilə nəticələndi. Təbii ki, ərazi konfiqurasiyası da dəyişikliyə məruz qaldı. Biz 2020-ci ilədək Qarabağın statusu və onun ətrafındakı rayonlar barədə danışırdıqsa, indi işğal olunmuş rayonlar problemi gündəlikdən çıxarılıb. Biz görürük ki, Azərbaycan öz mövqeyini gücləndirməyə çalışır. Burada Şuşa Bəyannaməsindən tutmuş, Füzuli Hava Limanının açılmasına qədər olan mərhələni, habelə zamanın və reallığın dəyişdiyinin rəsmən bəyan edilməsini xatırlamaq yerinə düşər”.

Ekspertin Şuşanın strateji əhəmiyyəti və 44 günlük müharibənin Azərbaycan siyasətində hansı dəyişikliklərə yol açdığı ilə bağlı da fikirlərini bölüşüb:
 

“Şuşaya gedən hər kəs bilir ki, ora strateji cəhətdən önəmlidir. Mən özüm də ora səfər etmişəm. Orada olanlar bilir ki, Şuşa üstünlüyə malik strateji yüksəklikdə yerləşir”. 


Artıq vəziyyət dəyişib. Əgər Bakı uzun illər milli travma ilə yaşayırdısa və həmin travma haqqında söhbətlər gedirdisə, eyni zamanda daxili və xarici siyasətdəki prioritetlər bu məsələ ətrafında travmalar yaşanır. Bu həm müəyyən məyusluqlar, həm də illüziyaların darmadağın olması və digər məsələlərlə bağlıdır”.

Bizim.Media   

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO